İçkini haram görməyən müftidən QƏRİBƏ FƏTVA

OXUNUB: 766 DÜNYA
Beynəlxalq Müsəlman Alimləri Birliyinin rəhbəri Mustafa Rəşid orucun varlılar üçün zəruri, kasıblar üçün isə könüllü olduğunu bildirən fətva yayıb.

Mustafa Rəşid bu fətvanı ABŞ televiziya kanallarından birinə verdiyi müsahibəsi zamanı deyib.

Hüquq fakültəsi dekanı Seyif Kazamel isə mübahisələrə səbəb olan fətvanın islama zidd olduğunu, ağlı başında olan, səyahət etməyən və sağlam olan hər bir müsəlmanın oruc tutmalı olduğunu bildirib.

Qeyd edək ki, müfti Mustafa Rəşid mübahisəli baxışları ilə tanınır. O, əvvəllər də müsəlmanların sərxoş olmayacaqları təqdirdə spirtli içki istifadə edə biləcəklərini deyib./axar.az
 
İcmal.Az

RƏYLƏR