İcra başçısı Kərəm Həsənovu “vurdu” - “Onun marağının olduğunu eşitmişəm”

OXUNUB: 1894 Seçilmiş Önəmli Özəl
Dünən mətbuatda "Oliqarxlar arasında zavod qovğası” adlı yazı gedib.

İcmal.Az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a danışan Daşkəsənin icra başçısı Əhəd Abıyev deyib ki, həqiqətən də zavod ətrafında qovğa var: "Daşkəsən Filiz Zavodunun işləməsi daşkəsənlilər üçün çox vacibdir. Çünki orada 3 minə yaxın insan çalışır və bu da əhalinin yaxşı yaşaması deməkdir. Rasim Məmmədovun orada tez-tez göründüyünü və işçilərə yardımlar etdiyini eşitmişəm”.

Zavodda məmurların maraqlarının olması ilə bağlı Ə.Abıyev bunları deyib:"Zavodda Kərəm Həsənovun və Elmar Vəliyevin maraqlarının olmasını mən də eşitmişəm . Amma mən icra başçısı kimi istərdim ki, zavoda Rasim Məmmədov rəhbərlik etsin. Çünki o istehsalatı yaxşı bilən mütəxəssisdir”.
 
 
 
İcmal.Az

RƏYLƏR