Xocavənd mərkəzi Rayon Xəstəxanasının üç işçisinin döyülərək ağır xəsarət almasının səbəbləri üzə çıxıb.
Bu barədə zərərçəkənlərdən birinin Reportyor.info-ya verdiyi xəbərə görə, buna səbəb təcili yardım işçilərinin yerli icra hakimiyyətinə baş həkim Kifayət Hacıyevadan şikayət etmələri olub. Onların sözlərinə görə, pandemiya ilə əlaqədar təcili tibbi yardım işçiləri üçün dövlətin ayırdığı əlavə vəsaitdən onlara bir qəpik də verilməyib.
Buna görə baş həkimdən Xocavənd icra başçısına şikayət edilib. Bundan sonra məsələ yoluna qoyulub.
Lakin K. Hacıyevanın qardaşı oğlu və onun yeznəsi şikayət edənlər arasında təcili yardımın həkimi Məğrur İmanovu və iki sürücünü döyüblər.
Zərərçəkmiş M. İmanov deyir ki, hadisə baş həkimin işdən getməsindən 15 dəqiqə sonra baş verib.
Hətta onları döyənləri ayırmaq istəyən bir tibb bacısına bıçaq çəkilərək hədə – qorxu gəlinib. M.İmanov və xəsarət alan digərləri öz hesabına müalicə alıblar.
Təcili yardımın baş həkimi hadisə barədə K. Hacıyevaya məlumat versə də, tükünü tərpətməyib, xəsarət alan işçilərə heç baş çəkməyib.
İcra başçısına şikayət edənlər döyüldülər – Xocavənddə olayın təfərrüatı…
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
12.10.2026, 15:11 / HADİSƏ -
Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR
11.10.2026, 13:42 / HADİSƏ -
"Grafinya"nın sahibi ondan şikayət edən qonşuya cinayət işi açdırmaq istədi - Rədd edildi
10.10.2026, 11:09 / HADİSƏ -
Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
08.10.2026, 16:53 / HADİSƏ -
"Grafinya"nın sahibi ondan şikayət edən qonşuya cinayət işi açdırmaq istədi - Rədd edildi
08.10.2026, 16:51 / HADİSƏ -
Bıçaqlanan müavin Vüqar Qurbanovun qohumu imiş
08.10.2026, 16:48 / HADİSƏ -
Bakıda restoran sakinlərin narazılığına səbəb olub (VİDEO)
02.10.2026, 13:20 / HADİSƏ -
“Love Me Moda”da “kartdan-karta” ödəniş iddiası – qanun nə deyir?
01.10.2026, 13:27 / Özəl, HADİSƏ
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
Özəl, SOSİAL Hicab qadağası ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir: Azərbaycanda dini geyimə məhdudiyyət yoxdur
-
Özəl, SOSİAL Uşağın “razıyam” deməsi heç nəyi dəyişmir
-
GÜNDƏM, Özəl, İQTİSADİYYAT 54 saylı Yol İstismar İdarəsinin məsuliyyətsizliyi? Ağdərə–Kəlbəcər yolunda vətəndaşlar niyə xəbərsiz saxlanılır?

























