İcra başçısının Xaçmazda abadlıq yalanı: Milyonluq tenderə başlayır

OXUNUB: 8 HADİSƏ
Cari ildə Xaçmaz rayonunda görüləcək abadlıq işlərinin satınalınması üçün tender elan olunub.

Yerli icra hakimiyyəti 1 milyon, 123 min, 939 manatlıq tender açıqlayıb.

Ancaq hansı işlər görüləcəyi qeyd olunmayıb.

Sosial şəbəkələrdə Xaçmazın problemlərini ictimailəşdirən sakinlər bildirir ki, dəfələrlə bu məqsədlə tenderlər elan edilsə də, heç vaxt rayonun abadlaşdırılması üçün bir iş görülməyib.
Sakinlər iddia edir ki, Xaçmaz rayonu problemlər içindədir. Rayonun icra başçısı Elnur Rzayevdən sonra sakinlər müəyyən adablıq işlərinin görüləcəyinə ümid etsə də, gözləntiləri özünü doğrultmayıb.

Xatırladaq ki, E. Rzayev 2019-cu ildən Xaçmaz rayonununa başçılıq edir. Sakinlər deyir ki, bu 7 il ərzində rayonda heç bir abadlıq işi görməyib.

Sakinlər sözlərinə görə, Xaçmaz keçmiş başçı Şəmsəddin Xanbabayevin dövründə necə idisə, indi də elədir.

RƏYLƏR