İcra başçısıyla polis rəisi üz üzə gəldi- Şirvanda “məmur müharibəsi”

OXUNUB: 1887 Seçilmiş Önəmli HƏFTƏLİK İCMAL Özəl TƏHLİL
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalova polis rəisi tərəfindən zərbə vurulub. Səbəb isə icra başçısının polisdə işləyən bacısı oğlu olub. 

Belə bir iddia ilə çıxış edən mənbənin AFN-ə verdiyi məlumata görə, daxili işlər nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Elman Tərlanov Şirvan şəhərində əməliyyat keçirib və 4 nəfəri həbs edib. Həmin 4 nəfərdən biri rayonda "zapçast” Oruc kimi tanına şəxsin oğlu Zamiq Əzizov olub. Elman Tərlanov onu aparıb şöbəyə döyəndən sonra kiminsə zəngindən sonra sərbəst buraxıb. Həmin Zamiq Əzizov Mərdan Camalovun polisdə işləyən bacısı oğlu Cavad Dəmirovun sinif yoldaşı və dostudur. Cavad Zamiqi başa salıb ki, nazirliyə şikayət elə Elman Tərlanovu cəzalandırsınlar. Çünki səni Elman Tərlanov haqsız yerə tutub. Əməlində cinayət faktı olsaydı sərbəst buraxmazdı. Cavad Dəmirovun Zamiqi öyrətməsini Elman Tərlanov eşidib və Şirvanın polis şöbəsinin rəisi Hikmət Quliyevə zəng vurub deyib. Bundan sonra polis rəisi Hikmət Quliyev Cavad Dəmirovu yanına çağırtdırıb bərk danlayıb və tibbi müayinə olunmağa göndərib. 
Mənbəmiz iddia edir ki, Cavad Dəmirovun müayinəsinin nəticəsində qan və sidik analizləri sağlam nəticə verməyib və polisdə işləməyə uyğun olmayıb. Məsələ barəsində istirahətdən 2 gündir ki, qayıdan Mərdan Camalova məlumat veriləndə o, polis rəisi Hikmət Quliyevi yanına çağıtdırıb və möhkəm mübahisələri olub. 04 avqust 2017-ci il tarixdə Daxili İşlər Nazirliyinin Daxili Təhqiqat İdarəsinin əməkdaşları Şirvan polis şöbəsində baş verən hadisəni araşdırıblar və nəticəsi barədə hələ ki, məlumat yoxdur. Aldığımız məlumatda o da bildirilir ki, Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Elman Tərlanov Mərdan Camalovun humanitar məsələlər üzrə müavini Elmira Ağayevanın dayısı oğludur. 
İndi Şirvanda polis işçilərindən tutmuş adi vətəndaşlara qədər icra başçısıyla polis rəisinin toqquşmasının nəticəsini gözləyirlər. Mövzunu diqqətdə saxlayacağıq.

Yazıda adı keçən hər bir şəxsin mövqeyini verməyə hazırıq.
 
 
 
İcmal.Az

RƏYLƏR