İcra hakimiyyəti bayram günündə niyə bayraq asmadı? - FOTO

OXUNUB: 357 HADİSƏ
7News.Az "Ölkə.Az”a istinadən xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyəti dünən – 28 May-Müstəqillik Günündə bayraq asmağı unudub.

Bununla bağlı sosial şəbəkələrdə foto paylaşılıb.

Abşeron rayonunun Heydər Əliyev parkında bayraq dirəyinin boş qalması, tənqid olunub.

Müstəqillik gününün əsas atributlarından birinə qarşı laqeyd münasibət vətəndaşlar tərəfindən mənfi mənada müzakirə olunub. /Ölkə.Az
 
 
 

RƏYLƏR