İctimai Birlik sədri: “Türk Şurası Media Forumu ortaq problemlərimizin dünyaya çatdırılması baxımından əhəmiyyətlidir”

OXUNUB: 499 SOSİAL
"Bu günlərdə İstanbulda baş tutan Türk Şurası Media Forumu türk dünyasının səsinin, qarşısında duran vəzifələrin, həmçinin bu coğrafiyanın ortaq problemlərinin dünyaya çatdırılması baxımından da əhəmiyyətlidir. Çünki günümüzdə türk dünyasının səsinin beynəlxalq aləmə çatdırılması daha çox vacibdir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri "Türk Dünyası Media Əməkdaşlıq Alyansı" İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, xüsusilə 44 günlük Vətən müharibəsindən sonra həm Azərbaycan, həm də Türkiyəyə qarşı bəzi beynəlxalq media şəbəkələri tərəfindən əsasssız ittihamlar səsləndirilir, iki qardaş ölkəni yalnış olaraq bir sıra məsələlərdə suçlu kimi qələmə verməyə çalışırlar: "Xüsusilə erməni informasiya maşını var gücü ilə həm Azərbaycan, həm də Türkiyəyə qarşı fəaliyyətdədir. Erməni təxribat maşını cəbhədə üzləşilən məşğlubiyyətin əvəzini informasiya meydanında çıxmaöa çalışır və həm Bakı, həm də Ankaraya qarşı çirkin kampaniya aparır. Bu baxımdan hər iki ölkənin, ümumilikdə Türk Şurasına daxil plan dövlətlərin bir media platformu çərçivəsində hərəkət etməsi, ortaya ümumi maraqlara xidmət edən və nəticələrə hesablanmış fəaliyyətlər qoyması zəruridir".

Süleyman İsmayılbəyli bildirib ki, bu günlərdə Türk Şurası Media Forumunun İstanbulda keçirilən  toplantısında Azərbaycan və Türkiyədən mətbuat qurumlarının rəhbərləri ilə yanaşı, hər iki ölkənin yüksək səviyyəli rəsmilərin də iştirakı onu deməyə əsas verir ki, bu fəaliyyətləri həyata keçirmək üçün ortaya siyasi iradə mövcuddur və media təmsilçiləri də həmin siyasi iradədən yola çıxaraq ümumi maraqlara xidmət edən addımlar atmalıdırlar: "İctimai Birlik olaraq inanırıq ki, İstanbul forumunun uğurlu nəticələrini tezliklə müşahidə edəcəyik. Bu prosesdə hər birimiz fəal olmalıyıq".
 
7News.Az

RƏYLƏR