Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi "İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsində qalib olan və Əsgər Mansurov tərəfindən həyata keçirilən "Sound Track” adlı layihəyə yekun vuruldu. Layihə 3 gün müddətində Qazax rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyi və "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin tərəfdaşlığı ilə həyata keçirildi. 30-dan çox musiqiçi gəncin iştiraki ilə baş tutan layihənin məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili və musiqi sahəsində gənc istedadların üzə çıxarılması, onlara öz bacarıqlarını göstərmək üçün şəraitin yaradılması,milli musiqimizin və musiqi sənətinin, gənc nəsilə təbliğ olunması, öyrədilməsi və Azərbaycan incəsənətinə yeni gənc istedadların təqdim olunması təşkil edir. 3 gün davam edən layihədə münsiflər heyəti tərfindən ilk üç yerin sahibi müəyyən olundu. Qalib olan gənclərə diplomlar və hədiyyələr digər iştirakçılara isə sertifikatlar təqdim edildi.






