İflic xəstəsi "Rəqəmsal Körpü" ilə gəzdi

OXUNUB: 242 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İsveçrədə həyata keçirilən "Rəqəmsal Körpü" layihəsi sayəsində 2011-ci ildən iflic olan hollandiyalı Gert-Jan Oskam ilk dəfə addımlayıb. 2011-ci ildə Çində baş verən yol qəzası nəticəsində iflic olan Oksam İsveçrə alimlərinin hazırladığı cihaz sayəsində yeriməyə başlayıb. İsveçrə Federal Texnologiya Universitetinin professoru Gregoire Courtine, Oskamın əməliyyatdan sonrakı sınaqlarda hər dəfə 100 metrdən çox getdiyini qeyd edərək, "Qurduğumuz sistem Gert-Janın düşüncələrini qəbul edərək onurğasına ötürərək yerimə mexanizmini stimullaşdırır"-dedi.

7NEWS.az

RƏYLƏR