İki qadını zorlayan kişini timsahlara atdılar — qorxunc VİDEO

OXUNUB: 613 DÜNYA
Meksikanın Oaksaka de Xuarez şəhərində dəhşətli hadisə baş verib.

20 yaşlı Yaxinto iki qadını zorladığı üçün saxlanılıb. Polis bölməsinə aparılan şübhəli şəxs vətəndaşların etirazına səbəb olub.

50 nəfərdən ibarət qrup polis mərkəzinə gələrək Yaxintonu çölə çıxarıb. Onu döymək istəyən qrup şok cəzalandırma üsuluna əl atıb. Onlar şübhəli şəxsi yaxınlıqdakı bir parkda yerləşən timsah qəfəsinə atıb.
 

Polislər isə əlavə yardım çağırıblar. Etirazçılar ərazidən uzaqlaşdırılıb, timsah qəfəsindəki Yaxinto isə çölə çıxarılıb.
Bir çox sınıq diaqnozu ilə xəstəxanaya aparılan şübhəli şəxsin vəziyyəti ağırdır./ölkə




İcmal.Az

RƏYLƏR