İki qatarın toqquşması nəticəsində 1 nəfər öldü - Çoxlu yaralı var

OXUNUB: 487 DÜNYA

Tunisdə iki sərnişin qatarının toqquşması nəticəsində 1 nəfər ölüb və azı 60 nəfər xəsarət alıb.

İcmal.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, qəzanın baş verdiyi Ben-Arus əyalətinin qubernatoru ölən şəxsin qatarlardan birinin maşinisti olduğunu bildirib. Yaralanan sərnişinlərdən 2-si ağır vəziyyətdədir. Bildirilir ki, hazırda məlum olmayan səbəblərdən hər iki qatar eyni dəmir yolunda peyda olub.

 

İcmal.Az

RƏYLƏR