İlahə Qasımova: "Vətənim üçün qızıl medal qazanacağam"

OXUNUB: 958 İDMAN
"Vətənim üçün qızıl medal qazanacağıma söz vermişəm".

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində finala çıxan Azərbaycan karateçisi İlahə Qasımova deyib.

O deyib: "Minimum gümüş medalı qazanmışam, Lakin söz vermişəm ki, Vətənim üçün qızıl medal qazanacağam.

İ.Qasımova bildirib ki, həmişə doğma divarlar arasında daha yaxşı çıxış edir:

"İndoneziyalı idmançı ilə görüş nisbətən ağır oldu. Daha sonra İordaniya təmsilçisini məğlub etdim. Mən həmişə Vətənimdə yaxşı çıxış edirəm".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
İcmal.Az

RƏYLƏR