İlham Əliyev ata Buşa başsağlığı verdi

OXUNUB: 715 index-manşet SİYASƏT

Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının 41-ci prezidenti Corc Herbert Uoker Buşa başsağlığı verib.

İcmal.Az-ın xəbərinə görə, başsağlığında deyilir:

"Həyat yoldaşınız xanım Barbara Buşun vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm”.

İcmal.Az

RƏYLƏR