İlham Əliyev: İqtisadiyyatımız 3.2 dəfə artıb

OXUNUB: 661 index-manşet SİYASƏT

"Son illərdə ölkəmizin iqtisadi müstəqilliyi təmin olunur, iqtisadiyyatımız 3.2 dəfə artıb.  Böyük valyuta ehtiyatları yaranıb. Bunu beynəlxalq reytinqlər də təsdiqləyir”.

İcmal.Az xəbər verir ki, bunu prezident İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda çıxışında deyib.

Dövlət başçısı bildirib ki, "Davos” iqtisadi forumunun hesabatına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliyinə görə dünyada 35-ci yerdədir:

"Bundan əlavə, sosial dövlət olan Azərbaycanda  bu sahədə görülən işlər, icra olunan infrastruktur layihələr bir daha təsdiqləyir ki,  ölkəmizin təbii resursları insan kapitalına çevrilib.

Məhz Azərbaycanın  təşəbbüsü ilə nəhəng neft kəmərlərinin istismara verilməsi sayəsində dənizlər, nəqliyyat infrastrukturunun qurulması ilə qitələr birləşib. 

Cənub Qaz dəhlizinin icrası , Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı addımlar atılıb. Bununla da ölkəmizin uzunmüddətli inkişaf  strategiyası təmin olunub”.

İcmal.Az

RƏYLƏR