İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

OXUNUB: 639 index-manşet SİYASƏT

Azərbaycan prezidenti İlham Əliyev andiçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib.

İcmal.Az-ın məlumatına görə, dövlət başçısı H. Əliyevin məzarı önünə əklil qoyub, onun ruhu qarşısında baş əyib.

Sonra prezident İlham Əliyev və ailə üzvləri görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər və üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzülüb.

Daha sonra İlham Əliyev ailə üzvləri ilə birlikdə xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət edib.

Dövlətimizin başçısı Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etdi, "Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr etdilər.

İcmal.Az

RƏYLƏR