Çili Fələstində səfirlik açacaq

OXUNUB: 259 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Çili prezidenti Qabriel Boric hökuməti dövründə ölkəsinin Fələstində müvəqqəti işlər vəkili səviyyəsində təmsilçiliyinin yüksəldiləcəyini və səfirliyin açılacağını açıqlayıb. 

Çili mətbuatında yer alan xəbərə görə, prezident Boric ölkənin paytaxtı Santyaqoda Fələstin icmasının təşkil etdiyi Milad tədbirinə qatılıb. 

Boric buradakı çıxışında, "Bu gün burada, Fələstin Klubunda qanunsuz işğala məruz qalan, mübarizə aparan və hüquqlarının tapdalandığını görən bir icmanı unutmaq olmaz" dedi.  

7NEWS.az

RƏYLƏR