7NEWS.az xəbər verir ki, Çili Universitetinin Milli Seysmologiya Mərkəzinin məlumatına görə, episentri ölkənin Melipilla şəhərində olan 5,6 bal gücündə zəlzələ yerli vaxtla saat 14:38-də baş verib. Zəlzələ 57 kilometr dərinlikdə baş verib. Zəlzələ nəticəsində can və ya mal itkisinin olub-olmaması ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
7NEWS.az