İlkin Həsəni aldığı uşaq qidasını laboratoriyaya verəcək – FOTO

OXUNUB: 734 ŞOU-BİZNES

Tanınmış aparıcı İlkin Həsəninin başına iş gəlib.

İki aylıq qızı Alisaya qida alan aparıcı yararsız malla qarşılaşıb.

O, aptekə müraciət edib qidanı qaytarmaq istəsə də, bu cəhdi uğursuzluqla nəticələnib.

Həsəni bu barədə "Facebook” hesabında yazıb:

"Bu yaxınlarda Hökumət Evinin arxasında yerləşən mərkəzi aptekdən Almaniya istehsalı olan "Aptamil” uşaq qidası aldım. Bundan öncə də bu qidadan istifadə etdiyimiz üçün bu bağlamanı açanda xoşagəlməz qoxunu və bağlamadakı şişkinliyi hiss edib qidanı geri qaytarmaq istəsəm də, alınmadı.

Qutu bir neçə gün aptekdə qaldıqdan sonra "Biz firmaya göndərdik, onlar da dedi ki, hər şey qaydasındadır” cavabını aldım. Eyni qidanı Alman aptekindən aldım, qoxusunda yerlə göy qədər fərq var.

İndi siz mənə deyin, görüm, bu qidanı hansı laboratoriyada yoxlatdıra bilərəm? İnanın ki, bəlkə də, mənim özümə saxta və ya vaxtı keçmiş dərman satsaydılar, heç vaxt bu haqda yazmazdım, amma məsələ uşaqdırsa və onun qidasıdırsa, o zaman başqa məsələ!”/oxu

 

İcmal.Az

RƏYLƏR