İlon Mask 100-ə yaxın Starlink peykinin İranı internetlə təmin etdiyini açıqlayıb

OXUNUB: 246 Özəl DÜNYA
"SpaceX” və "Twitter"in sahibi İlon Mask, 100-ə yaxın Starlink peykinin İranda internet dəstəyi təmin etdiyini bildirdi. 

7NEWS.az xəbər verir ki, Mask "Twitter"də İrandakı Starlink peyklərinin vəziyyəti ilə bağlı paylaşım edib. Mask öz yazısında qeyd edib ki, peyk internetə çıxışı təmin etmək üçün nəzərdə tutulmuş Starlink peykləri İranda aktivdir və onların sayı 100-ə yaxınlaşır. 

Əvvəlki yazısında Mask etirazların davam etdiyi İranda nümayişçilərin əlaqə saxlamasına imkan vermək üçün Starlink peyklərini açacağını bildirmişdi. 

7NEWS.az

RƏYLƏR