İlon Mask ABŞ-Meksika sərhədini ziyarət edib

OXUNUB: 224 Özəl DÜNYA
Milyarder sahibkar İlon Mask ABŞ-da immiqrasiya siyasəti müzakirələrində iştirak edib. Mask Respublikaçı Nümayəndələr Palatasının üzvü Toni Qonzaleslə birlikdə mühacirlərin çox olduğu ABŞ-Meksika sərhədini ziyarət edib.

7NEWS.az xəbər verir ki, məşhur iş adamı İlon Mask qeyri-qanuni mühacirlərin ABŞ-a ən qeyri-qanuni yollarla daxil olduğu Texas sərhədindəki keçid məntəqələrindən biri olan Eagle Pass-a baş çəkib. Qara kovboy papağı ilə bölgəyə gedən Mask səfəri zamanı onu Respublikaçı Nümayəndələr Palatasının üzvü Toni Qonzales müşayiət edib. Mühacirlərin dostu olduğunu bildirən 52 yaşlı milyarder sahibkar səfəri zamanı X-də canlı yayıma başlayıb.

7NEWS.az

RƏYLƏR