İmişli rayon məhkəməsinin hakimi Ülvi Qənbərov sifarişli qərarlar çıxarır

OXUNUB: 1981 Özəl SOSİAL

Redaksiyamiza şikayət dolu məktublar gəlməkdə davam edir, bunlardan biridə İmişli rayonunun Göbəktala kənd sakini Əzimov Ramazan Zeynal oğlu tərəfindən göndərilmişdir. Ramazan müəllim bizədən onun haqli narazılığnı bizim qəzet vasitəsi ilə cənab prezident İlham Əliyevə çatdırılmasını xahiş edib. Çünki Ramazan müəllim bizə yazdığı məktubda bildirir ki, ölkə başçısı cənab İlham Əliyevə dəfələrlə Ülvi Qənbərovun vəzifə səlahiyyətlərini aşması barədə çoxsaylı məktublar yazdığını bildirsə də ya, məktublar ünvanına çatmayıb ya, da ki, yazdığəı məktublar kimlər tərəfindənsə, hörmətli Prezidentə çatdırılmasının qarşısı alınıb.

Buna görədə məcbur qalıb bizim redaksiyaya şikayət dolu məktub ünvanlayıb ki, bəlkə bundan sonra onun şikayətləri ölkə başçısına çatdırıla. Ramazan Əzimov bildirir ki, o 2018-ci il 16 fevral tarixində "Azərbaycan Dəmir Yollari " QSC-dən muqavilə əsasında sözü gedən cəmiyyətin mülküyyətində olan 2.5 ha torpaq sahəsini icarəyə götürüb. Həmin ərazi tamamilə yararsız olduğu halda ağır zəhmət və böyük malliyə xərcləri hesabına yararlı vəziyyətə gətirə bilib. Amma İmişli rayon Yalavac kənd bələdiyyəsinin keşmiş sədri halbu ki, (CM-nin 308.1-ci və digər maddələrlə cinayət işi açılmış və günahı sübut olunmuşdur) Q. Qəhramanov həmin torpaq sahəsini öz maddi marağları naminə saxta sənədlərlə Məhəmmədli kənd sakini Sərvan Ataşova sataraq zəbt etmişdir.
Ramazan Əzimov qeyd edir ki, Çox saylı müraciətimə baxılarkən, müyyəyən edilmişdir ki, Yalavac bələdiyyəsinin mülküyyətinə aid olan torpaq sahəsi kənd təsərrüfatı məhsullari becərmək üçün hərrac və ya müsabiqədən kənar 01.11.2016 - ci il tarixli müqavilə əsasinda 11 ay müddətinə S. Ataşova icarəyə verilmişdir.

Məsələyə aydınlıq gətirmək məqsədi ilə İmişli rayon Yalavac bələdiyyəsinin hazir ki, sədri Fəqan Cəfərov 16.10.2019 -cu il tarixdə İmişli Reqional Ədliyyə idarəsinə sorğu vermiş, İRƏİ-dən verilən arayışda isə Yalavac bələdiyyəsinə cavab olaraq bildirilmişdir ki, 2015-2018 - ci illərə dair maliyyə təsərüfat sənədləri və iclas pratakollarının sözü gedən torpaq sahəsinin icariyyə verilməsinə dair heç bir pratakol daxil olması aşkar olunmamışdır. Lakin bütün bu faktlari bir kənara qoyaraq, İmişli rayon məhkəməsinin hakimi Ülvi Qənbərov mənim min bir əzab - əziyyətlə yaratdığım və hüquqi cəhətdən düz olan sənədlərimi və ödədiyim ödənişləri nəzərə almadı və sifarişli qərar qəbul edərək, adi çəkilən torpaq sahəsində qurub yaratdığım tikliləri sökülməsinə qərar verdi.

Cənab Prezident Ülvi Qənbərovun bu haqsız qərarı sizin sahibkarlara göstərdiyiniz diqqət və qayğıya tam olaraq zidd olması göz önündədir. Ülvi Qənbərov tərəfindən çıxarılmış qərarin icarsı icra olunmaq üçün İRİVƏPŞ - nə göndərilsədə o zaman ki, probasiya şöbəsinin rəisi Ruhin Xəlilov haqq - ədalətə söykənərək Beyləqan Əmlak Komitəsinin ekspertləri ilə birlikdə işin icratına xitam verdilər. lakin Ülvi Qənbərov qarşı tərəfin yenidən etdiyi şikayət əsasında hansısa maraqlarının qurbanı oldu, və yenidən təsərüfatımın sökülməsinə qərar verdi. Hörmətli Prezident rayonumuzda artıq sakinlər Ülvi Qənbərovun bu kimi qanuna zidd əməllərindən canayığılıbar.Cənab PrezidentHeydər Əliyevin qurub yartdığı müstəqil Azərbaycanda Ülvi Qənbərov kimi hakimlərin qanuna zidd əməlləri nəticəsində ölkəmiz dünya və avropa məhkəmələrində ölkəmiz əleyhinə qərarlar qəbul edilməsi halları heç kimə sirr deyil. Görəsən, Ülvi Qənbərov kimi hakimlər bu addımları ilə, Heydər Əliyevə və sizin siyasətinizə kölgə saldığlarının, xəyanət etdiklərinin fərqindədilərmi. Əminik ki, ədliyyə naziri cənab Fikrət Məmmədov bu yazımızı oxuduqdan sonra Ülvi Qənbərov haqqında çox ciddi ölçülər götrülməsinə göstəriş verəcəkdir.
Yazını diqqətdə saxlayacağıq

RƏYLƏR