İmişlidə ata oğlunu yük maşını ilə vurub öldürüb

OXUNUB: 889 HADİSƏ

İmişlidə dörd yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

İcmal.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Qızılkənd kəndinin sakini Anar Rüstəmov idarə etdiyi "Qazel” markalı yük maşını ilə oğlu, 2013-cü il təvəllüdlü Feyruz Rüstəmovu vurub.

A. Rüstəmov avtomobil arxaya verərkən oğlu nənəsindən əlindən qaçıb və nəqliyyat vasitəsinin altında qalıb. Uşaq hadisə yerindəcə ölüb.

Faktla bağlı İmişli rayon polis şöbəsi tərəfindən araşdırma aparılır. 

İcmal.Az

RƏYLƏR