İmişlidə İcra numayəndəsindən şəhid ailəsinə hörmətsizlik - FOTO

OXUNUB: 957 SOSİAL

İmişli rayonundan redaksiyamıza çox sayda şikayət məktubları gəlməkdədir, bunlardan biri də İmişli rayonunun Cəfərli kəndində yaşayan şəhid bacısı Qurbanova Ədibə Şahlar qızı tərəfindən daxil olmuş şikayət məktubudur. Ədibə xanim bildirir ki, qardaşı Qurbanov Elman Şahlar oğlu şəhid olduğdan sonra Dövlət proqramına və hörmətli Prezident Ulu öndər Heydər Əliyevin 1994-cü ildə töfsiyyə və tapşırıqları əsasında, şəhid ailələrinə əvəzsiz olaraq torpaq sahəsi ayrılması muqabilində bizim ailəyə də İmişli rayonunun Cəfərli kəndində bir hektar torpaq sahəsi verildi. Uzun illər kənd təsərufati məhsullari əkib - becərdik, və bununla da öz dolanışığımızı qisməndə olsa təmin edirdik. Lakin kənd İcra numayəndəsi Asəf Ələsgərov Heydər Əliyev tərəfindən bizə ayrılmış topaq sahəsini əlimizdən alaraq öz doğma bibisi oğluna verdi.

Ədibə xanım qeyd edir ki, Asəf Ələsgərova dəfələrlə bu torpağı bizə Ulu öndər Heydər Əliyev verib bu bizə Ulu öndərdən və qardaşımızdan əmanətdir desəkdə Asəf Ələsgərov artıq Heydər Əliyev yoxdur indi biz varıq deməkdən də çəkinmədi. Ədibə xanım öz şikayət dolu məktubunda qeyd edir ki, biz Asəf Ələsgərova xahiş minnət etsəkdə o, bizə gedin hara şikayət edirsiniz edin, çunki sizin topağınızın sənədi yoxdur, məndən qabaq bu vəzifədə işləyən kimidisə o, sənədləşdirməli idi. Mənə heçnə edə bilməzsiniz bu vəzifəyə məni yuxarılar təyin edib. Ədibə xanım onuda qeyd edir ki, çarəsiz qalıb İmişli rayon icra hakimiyyətinin aidiyyati şöbələrinə müraciət etsəmdə bizi-məni təhqir etməkdən belə çəkinmədilər. Qardaşım döyüşçü idi, o, Sağ qayıtsaydı məni İmişli rayon icra hakmiyyətində məni təhqir edə bilərdilər?


Xahiş edirəm cənab Prezident məsələni tam obyektiv hərtərəfli araşdırılıb torpağımızın bizə qaytarılmasında kömək edəsiniz. Cənab Prezident atam rəhmətlik Şahlar kişi kasıb olduğundan onuda eşitmədilər. Atam o, topağın ərazisində işləyərkən dünyasini dəyişdi.
Ümüdüm tək sizədir cənab Prezident!

Bizdə redaksiya olaraq öz növbəmizdə cənab Prezident son zamanlar bəzi qudurğan məmurlar tərəfindən Ulu öndər Heydər Əliyev adi ilə bağli olan nə varsa sanki aradan qaldırılmasının şahidi oluruq, vəbu da bizi çox üzür, bunlardan biri də, Ədibə xanımın ailəsinə Heydər Əliyev tərəfindən verilmiş torpaq sahəsidir ki, bu da göz qabağındadır, və bu o, anlama gəlir ki, artıq İmişli rayonu Cəfərli kənd icra numayəndəsi Asəf Ələsgərov da Heydər Əliyev elitarlığına biganədir.

Asəf Ələsgərov bizi susdurmaq üçün göndərdiyiniz 50 manat və ya 50 000 manat olsada biz əqidəmizi dəyişən deyilik, sizin kimi şəhiddən qazanc götürən deyilik. Sonda burdan bizdə Asəf Ələsgərova deyirik ki, Asəf "müəllim" Allah və yaxud vətən yolunda ölənlərə ölü deməyin buyurur uca Allah.


mövzunu diqqətdə saxlayacaqıq...

RƏYLƏR