Çin ilin ilk üç ayında Yaponiyanı geridə qoyaraq dünyanın ən böyük avtomobil ixracatçısı olduğunu açıqlayıb.
7NEWS.az xəbər verir ki, Çin ilin ilk üç ayında 1 milyon 70 min avtomobil ixrac edib. Bu, 2022-ci ilin ilk üç ayı ilə müqayisədə 58% artım deməkdir. Eyni dövrdə Yaponiya ixrac etdiyi nəqliyyat vasitələrinin sayını yüzdə 6 artımla 954 min 185-ə çatdırıb. Çinin avtomobil ixracının artması, Rusiyada elektriklə işləyən avtomobillərə marağın artması və satışların artmasının nəticəsidir.
7NEWS.az