Çin Kommunist Partiyasının (ÇKP) xarici əlaqələr üzrə direktoru Vanq Yi bəyan edib ki, Pekin fevralın sonuna qədər Ukrayna münaqişəsinin siyasi həlli planını təqdim edəcək.
7NEWS.az xəbər verir ki, 59-cu Münhen Təhlükəsizlik Konfransında çıxış edən Çin Kommunist Partiyasının (ÇKP) Xarici Əlaqələr üzrə direktoru Vanq Yi bəyan edib ki, Çin administrasiyası fevralın sonuna qədər Ukrayna münaqişəsinin siyasi həlli planını təqdim edəcək.
Ukraynada sülh istəməyən bəzi qüvvələrin strateji hədəflərinin bu ölkənin sərhədlərini aşdığını müdafiə edən Vanq "hər şeyi diqqətlə düşünməyə” və "problemin sülh yolu ilə həllinə səy göstərməyə” çağırıb.
7NEWS.az