Çin Cənubi Koreyaya viza qadağası qoydu

OXUNUB: 349 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Cənubi Koreya, artan Covid-19 hadisələri səbəbiylə Çindən gələn səyahətçilərdən Covid-19 testi tələb etdikdən sonra Çindən cavab gəldi. Çinin Cənubi Koreyadakı səfirliyindən edilən açıqlamada Cənubi Koreyadan Çinə gedən sərnişinlərin qısa müddətli vizalarının dayandırıldığı açıqlanıb. Səfirlik bildirib ki, bu qərar Çinin Cənubi Koreyadan gələn səyahətçilərə tətbiq etdiyi "ayrı-seçkilik məhdudiyyətləri" səbəbindən qəbul edilib. Çin Xarici İşlər Naziri Qin Gang bu yaxınlarda Cənubi Koreyalı həmkarı Park Jin ilə telefon danışığı keçirib və Çinə qarşı qəbul edilən məhdudiyyət qərarları ilə bağlı narahatlıqlarını ifadə edib.

7NEWS.az

RƏYLƏR