Çin ChatGPT-ni qadağan edib

OXUNUB: 157 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Çində texnoloji firmalara platformaları vasitəsilə ChatGPT və ya əlaqəli xidmətlər təklif etmək qadağan edilib. Çin dövlət mediasındakı xəbərlərdə ABŞ-da yerləşən süni intellekt şirkəti OpenAI tərəfindən hazırlanan ChatGPT-nin suverenliyə zərər verə biləcək yalan məlumatlar yaydığına dair açıqlamalar var. Fevralın 20-də "China Daily” qəzetinin ölkənin ən böyük sosial media platforması olan Weibo-da mövzu ilə bağlı yazı paylaşdığı bildirilib. Yazıda ChatGPT-nin ABŞ-a "dezinformasiya və öz siyasi hekayələrini yaymaqda" kömək edəcəyi iddia edilib.

7NEWS.az

RƏYLƏR