7NEWS.az xəbər verir ki, Yaponiya Sahil Mühafizə Qüvvələri 2 Çin hökumət gəmisinin Şərqi Çin dənizindəki Senkaku adaları yaxınlığındakı Yaponiya ərazi sularını pozduğunu açıqlayıb. Gəmilərin yerli vaxtla saat 04:30 radələrində Uotsuri adasının sularına daxil olaraq bölgədə fəaliyyət göstərən Yapon balıqçı gəmisinə yaxınlaşmağa çalışdığını və Yaponiya Sahil Mühafizə Qüvvələrinin patrul gəmilərinin isə Çin gəmilərinə ərazini tərk etmələri barədə xəbərdarlıq etdiyi bildirilib.
7NEWS.az