Çin-Hindistan sərhədində GƏRGİNLİK

OXUNUB: 919 DÜNYA

Çinin xarici işlər nazirliyi bir qrup hindistanlı sərhədçini ölkə sərhədini qanunsuz keçməkdə günahlandırıb və Hindistan hökumətindən tələb edib ki, onlar ÇXR-in ərazisini dərhal tərk etsinlər.

Bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Qen Şuanın bəyanatında deyilir.

"Çin Hindistanı ölkə sərhədləri barədə razılığa əməl etməyə, ÇXR-in ərazi bütövlüyünə hörmətlə yanaşmağa, sərhədi qanunsuz keçən hərbçi qulluqçuları dərhal geri qaytarmağa və Çin-Hindistan sərhədində sülhün qorunması üçün insidenti dəqiq araşdırmağa çağırır", -  bəyanatda deyilir.

Qeyd olunur ki, sərhədçilər Çin-Hindistan sərhədini Sikkim ştatı ərazisində keçiblər.

 

Qen Şuan əlavə edib ki, Çin tərəfi lazımi cavab tədbirləri görməyə hazırdır./oxu

 

İcmal.Az

RƏYLƏR