Çin lideri Hindistanda keçiriləcək G-20 Sammitində iştirak etməyəcək

OXUNUB: 173 Özəl DÜNYA

Hindistanda keçirilən sammit, ABŞ və Çinin pisləşən münasibətlərini düzəltməyə çalışdığı bir vaxtda Xi Jinping və Joe Biden-in bir araya gələ biləcəyi bir "ünvan" olaraq görüldü.

7NEWS.az xəbər verir ki, mövzu ilə yaxından tanış olan mənbələrə görə, Rusiya lideri Vladimir Putindən sonra gələn həftə Hindistanda keçirilməsi planlaşdırılan G-20 Liderlər Zirvəsinə Çin Dövlət Başçısı Xi Cimping qatılmayacaq. Hindistandan iki rəsmi, Çində yaşayan iki diplomat və daha bir G20 hökumət rəsmisi bildiriblər ki, sentyabrın 9-10-da Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək toplantıda Çinin Baş naziri Li Qiang Pekini təmsil edəcək.

7NEWS.az

RƏYLƏR