Çin lideri iki günlük rəsmi səfərdən sonra Rusiyanı tərk edib

OXUNUB: 186 Özəl DÜNYA
Rusiyaya iki günlük rəsmi səfər edən və Rusiya prezidenti Vladimir Putin və baş nazir Mixail Mişustinlə görüşən Çin lideri Si Cinpin Moskvadan ayrılaraq ölkəsinə yola düşüb. 

7NEWS.az xəbər verir ki, ötən gün Rusiyaya rəsmi səfər edən və yüksək səviyyəli təmaslar edən Çin Dövlət Başçısı Si Cinpin paytaxt Moskvanın Vnukovo hava limanından ölkəsinə yola düşüb. Üçüncü dəfə prezident seçildikdən sonra ilk xaricə səfəri olacaq Rusiyaya gedən Çin lideri Si Putin və baş nazir Mişustinlə görüşüb. 

Çin liderinin Putinlə bazar ertəsi 4,5 saat davam edən qeyri-rəsmi görüşü olub. 

Görüşün sonunda liderlər hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın dərinləşdirilməsinə dair birgə bəyanat imzalayıblar. 

7NEWS.az

RƏYLƏR