In ölkənin hərbi rəhbərlərini qovdu

OXUNUB: 559 DÜNYA

Şimali Koreya lideri Kim Çen In ölkənin hərbi komandanlığının 3 nümayəndəsini vəzifəsindən azad edib. 

İcmal.Az xəbər verir ki, bununla bağlı Cənubi Koreyanın "Renxap” agentliyi məlumat yayıb. 

KXDR xalq silahlı qüvvələr naziri Pak Yen Sik, Koreya Xalq Ordusunun Baş Qərargahının rəisi Li Men Su və ordunun əsas siyasi administrasiyasının başçısı Kim Çon Qak vəzifələrini itiriblər. 

Onların vəzifələrindən azad edilməsinin iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Trampla keçirilməsi planlaşdırılan görüşlə bağlı olduğu bildirilib. 

Agentliyə açıqlama verən mənbənin sözlərinə görə, həmin şəxslər Koreya yarımadasının denuklarizasiyası üçün ölkənin siyasi kursunun dəyişdirilməsinə qarşı çıxıblar. 

İcmal.Az

RƏYLƏR