Çin "mobil səyahət kartı" proqramını ləğv edir

OXUNUB: 367 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, WeChat hesabında dərc edilən açıqlamada, yeni Kovid-19 qaydalarına uyğun olaraq mobil səyahət kartının sabahdan etibarən oflayn olacağı bildirilib. Ölkədaxili səfərlər üçün göstərilməsi tələb olunan mobil səyahət kartına əvvəllər son 7-14 gün ərzində səyahət tarixçəsi və hallarla "yüksək riskli” və "orta riskli” bölgələrdə olub-olmaması barədə məlumatlar yer alırdı. İlk dəfə 29 fevral 2020-ci ildə istifadəyə verilən proqram epidemiyanın ilk aylarından Çində daimi səyahət elementinə çevrildi. Səyyar səyahət kartında risk xəbərdarlığının olması vətəndaşların gediş-gəlişinin qarşısının alınmasına və yaşadıqları şəhərə qayıda bilməməsinə səbəb olub.

7NEWS.az

RƏYLƏR