Çin Tayvan ətrafında təlimlərə başlayıb

OXUNUB: 212 Özəl DÜNYA
Çin Xalq Azadlıq Ordusu (PLA) Tayvan ətrafında birgə hava və dəniz təlimlərinə başladığını açıqlayıb. 

7NEWS.az xəbər verir ki, Çin Xalq Azadlıq Ordusunun (PLA) Şərq Əməliyyatlar Bölgəsi Komandanlığının sözçüsü baş polkovnik Şi Yi Çin ordusunun Tayvan ətrafında hava və dəniz təlimlərinə başladığını açıqlayıb. 

Polkovnik Şi Yi bildirib ki, təlimə birgə döyüş hazırlığı patrulları və birgə atəş gücü təlimləri daxildir. Təlimin ABŞ və Tayvanın təxribatlarına qətiyyətli cavab olduğunu qeyd edən Şi Yi konkret bir hərəkətə işarə etməyib. Şi Yi Çin ordusunun ölkənin milli suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün lazımi tədbirləri görəcəyini də vurğulayıb. 

7NEWS.az

RƏYLƏR