Çin, xaricdən gələn sərnişinlərin artıq səfirlik və konsulluqlardan sağlamlıq kodu almağa ehtiyac olmadığını açıqladı.
7NEWS.az xəbər verir ki, Çin xaricdən gələnlər üçün Covid-19 məhdudiyyətlərini qaldırıb. Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, sərnişinlərin səyahət etməzdən əvvəl artıq Çin səfirlikləri və konsulluqlarından sağlamlıq kodu almalarına ehtiyac olmadığı bildirilib.
Açıqlamada, sərnişinlərə səyahətdən 48 saat əvvəl Covid-19 testi vermələri və test nəticəsi müsbət olarsa, mənfi olana qədər səyahətlərini ləğv etmələri tövsiyə edilib.
Qeyd olunub ki, səhhətində dəyişiklik və qızdırma əlamətləri olan sərnişinlər gömrükdə antigen yoxlanılacaq və müsbət çıxdıqda onlardan asılı olaraq evdə karantində qalması və ya xəstəxanada müalicə olunması xahiş olunacaq.
7NEWS.az