7NEWS.az xəbər verir ki, Çinin Sinxua xəbər agentliyinin xəbərinə görə, Sıçuan əyalətindəki Xichang Peyk Mərkəzindən "Long March 2D” raketi ilə "Yaogan-36” tipli üç peyk kosmosa buraxılıb. Peyklər buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqeyə eniblər. Buraxılış Long March raketləri ilə 455-ci uğurlu nəqliyyat missiyası idi. Yaogan-36 peyklərinin birinci partiyası sentyabrın 26-da, ikinci partiyası oktyabrın 14-də, üçüncü partiyası isə noyabrın 27-də buraxılıb.
7NEWS.az