7NEWS.az xəbər verir ki, Çinin Henan əyalətinin paytaxtı Zhengzhou şəhərində təsirli olan qatı duman, Sarı çay üzərindəki magistral körpüdə zəncirvari qəzaya səbəb olub. Ən azı 200 avtomobilin bir-biri ilə toqquşduğu qəzada onlarla minik və yük maşını bir araya gəlib. Yerli mənbələrdən verilən açıqlamada qəza nəticəsində 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib. Qəzada yaralananlar saatlarla maşınlarında sıxışıb qalarkən, hadisə yerinə 11 yanğınsöndürən maşını və 66 nəfərlik xilasetmə qrupu göndərilib.
7NEWS.az