7NEWS.az xəbər verir ki, Çinin Tibet Muxtar Bölgəsində magistral yolda qar uçqunu nəticəsində 28 nəfər ölüb. Tibet Muxtar Bölgəsinin cənub-qərbində yerləşən Ninqçi şəhərində magistral yolda qar uçqunu baş verib. Çin mediası avtomobillərin uçqun nəticəsində qar altında qaldığını açıqlayıb. Yanğınsöndürmə bölməsi və ordudan ibarət 1300 nəfərlik xilasetmə qrupu işlərini yekunlaşdırıb. Təbii fəlakət nəticəsində 28 nəfər həlak olub.
7NEWS.az