Çində kömür mədənində qəza: 12 ÖLÜ VAR

OXUNUB: 1221 Özəl DÜNYA
Çinin şimal-şərqindəki Heylongciang əyalətində kömür mədənində nəqliyyat vaqonunun relsdən çıxması nəticəsində 12 işçinin həyatını itirdiyi bildirilib.

7NEWS.az xəbər verir ki, CCTV dövlət televiziyasının xəbərinə görə, qəza dünən günorta saatlarında Cishi şəhərindəki Kunyüen mədənində baş verib. İşçiləri daşıyan vaqonun relsdən çıxaraq aşması nəticəsində 12 işçi həyatını itirib, 13 işçi isə yaralanıb. Qəza ilə bağlı araşdırmalar davam edir.

7NEWS.az

RƏYLƏR