Çinin Quansi Cuan muxtar rayonunda davam edən leysan yağışları nəticəsində 10 nəfər həyatını itirib.
11 mindən çox insan təhlükəli ərazilərdən təxliyyə olunub. Təbii fəlakət nəticəsində 192 min nəfərin əmlakına ziyan dəyib, bir sıra yaşayış məntəqələrində avtomobil yolları dağılıb, elektrik enerjisi və rabitə kəsilib.
Yaxın bir neçə gün ərzində yağıntılı hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır./azərtac
İcmal.Az

























