7NEWS.az xəbər verir ki, Çinin Sıçuan əyalətində dünən yerli vaxtla saat 12:52-də baş verən 6,6 bal gücündə zəlzələdən sonra dağıntılar altında qalan ərazilərdə axtarış-xilasetmə işləri davam edir. Yerli hakimiyyət orqanlarından verilən açıqlamada zəlzələdə ölənlərin sayının 65-ə yüksəldiyi, 248 nəfərin yaralandığı, onlardan 56-nın vəziyyətinin ağır olduğu bildirilib.
7NEWS.az