İndoneziya Baş prokurorunun müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olub

OXUNUB: 670 Özəl SOSİAL
Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29 sentyabr-2 oktyabr tarixlərində Bakıda keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlərin keçirilməsi davam etdirilir.

Qeyd olunan tədbir çərçivəsində ölkəmizdə səfərdə olan İndoneziya Respublikasının Baş prokurorunun müavini Asep Nana Mulyananın təşəbbüsü ilə xarici qonağın rəhbərlik etdiyi nümayəndə heyəti 02 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti ilə yerində tanış olub.

Nümayəndə heyətinə Baş İdarənin funksiya və fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib, o cümlədən qonaqlar ixtisaslaşdırılmış prokurorluq orqanının kriminalistik imkanları, "161 - Qaynar xətt” əlaqə mərkəzi, informasiya-kommunikasiya şəbəkəsi, əməliyyatların idarə edilməsi mərkəzi və digər xidməti sahələri ilə tanış ediliblər.

Baş İdarədə yaradılmış müasir və əlverişli iş şəraitindən məmnunluğunu ifadə edən Asep Nana Mulyana ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində formalaşmış təcrübəni və əldə edilmiş naliyyətləri yüksək qiymətləndirib.
 



 

RƏYLƏR