7NEWS.az xəbər verir ki, İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyinin (BMKG) məlumatına görə, Şimali Sulavesi bölgəsində 7,1 bal gücündə zəlzələ baş verib. Episentri Melonquan yaxınlığında olan zəlzələ 64 kilometr dərinlikdə qeydə alınıb. Şimali Sulavesi Manado şəhərində güclü hiss edilən zəlzələdən sonra insanların təşviş içində çölə axışdığı bildirilib. Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi zəlzələ mərkəzinin 300 kilometrliyində sunami dalğaları təhlükəsi barədə xəbərdarlıq edib.
7NEWS.az