Çinə qayıdan xilasetmə qrupu türk bayraqları ilə qarşılanıb

OXUNUB: 222 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Çinin mülki yardım təşkilatı Blue Sky Rescue Team üzvləri Türkiyədə Kahramanmaraşda baş verən zəlzələlərdən sonra xilasetmə işlərində fəal iştirak ediblər. Komanda Çinin cənubundakı Quanqdon əyalətinin mərkəzi olan Quançjou şəhərindəki Baiyun Beynəlxalq Hava Limanında Türkiyə Baş Konsulluğunun əməkdaşları, türk iş adamları və Quançjouda yaşayan tələbələr tərəfindən alqışlarla və türk bayraqları ilə qarşılanıb.

7NEWS.az

RƏYLƏR