Almaniya kansleri Şolz ilin sonuna qədər Rumıniyanın Şengen zonasına daxil edilməsini dəstəkləyəcəyini açıqlayıb.
7NEWS.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolz Rumıniyanın Şengen zonasına daxil edilməsini dəstəkləyəcəyini açıqlayıb. Bu gün Berlində rumıniyalı həmkarı İon-Marsel Çiolaku ilə görüşən Almaniya kansleri Olaf Şolz Rumıniyanın ilin sonuna qədər Şengen zonasına tamhüquqlu üzv olması üçün əlindən gələn dəstəyi verəcəyini bildirib. Almaniya kansleri onu da vurğulayıb ki, Rumıniyanın bu istiqamətdə böyük səyləri təqdir olunmalıdır.
7NEWS.az