Böyük Britaniya növbəti 10 il ərzində çip tədarükünü təmin etmək üçün 1 milyard funt sterlinqlik investisiya planı və strategiyasını elan etdi.
7NEWS.az xəbər verir ki, Britaniya hökumətindən verilən açıqlamaya görə, ölkə Milli Yarımkeçirici Strategiyası ilə çip tədarükünü iki dəfə artırmağı planlaşdırır, eyni zamanda bu sahədə dizayn və tədqiqat səylərini artırır. Hökumətin "qlobal elm və texnologiya supergücü” olmaq məqsədini həyata keçirmək üçün kritik bir addım kimi qiymətləndirilən plan, çip infrastrukturuna çıxışı yaxşılaşdırmaq, daha çox Ar-Ge fəaliyyətləri ilə məşğul olmaq və beynəlxalq təcrübəyə kömək etmək üçün növbəti 10 il ərzində 1 milyard funt-sterlinq sərmayəni nəzərdə tutur.
7NEWS.az