İngiltərə donanması Yəmənə göndərilən İran silahlarını ələ keçirib

OXUNUB: 220 Özəl DÜNYA

İngiltərə donanması Oman körfəzində gəmiyə basqın edərək Yəmənə göndərildiyi güman edilən İran istehsalı olan silahları ələ keçirib. 

7NEWS.az xəbər verir ki, ələ keçirilən silahlar arasında tank əleyhinə raketlər və ballistik raket hissələri var. Kral Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamaya görə, fevralın 23-də ABŞ-ın kəşfiyyat təyyarəsi Oman körfəzində İrandan gələn boz brezentlərlə örtülmüş yük daşıyan kiçik qayığı görüb. 

Bölgədəki İngiltərə Hərbi Dəniz Qüvvələrinə məxsus "HMS Lancaster" freqatı Oman körfəzinə müdaxilə etmək istəyib, lakin qayıq İranın ərazi sularına tərəf dönmək istəsə də, ingilis freqatı buna nail ola bilməyib. 

7NEWS.az

RƏYLƏR