İngiltərə hava limanında uranın tapılması ilə bağlı araşdırma başlayıb

OXUNUB: 372 Özəl DÜNYA
İngiltərə polisi paytaxt Londondakı Hitrou hava limanında az miqdarda uran olan yük paketinin ələ keçirilməsindən sonra istintaqa başlayıb. 

7NEWS.az xəbər verir ki,  Polis '29 dekabr 2022-ci ildə rutin yoxlamalar zamanı az miqdarda zərərli maddələrlə çirklənmiş yük paketinin aşkar edildiyini' açıqladı. Gömrükçülər paketi təhlükəsizlik qüvvələrinə məlumat verdikdən sonra antiterror qrupları məsələ ilə bağlı araşdırmalara başlayıb. 

BBC paketdəki dəmir parçaları arasında uran olduğunu iddia edib. Polis rəisi Riçard Smit zərərli maddənin miqdarının çox az olduğunu vurğulayaraq, ictimaiyyət üçün heç bir təhlükənin olmadığı barədə məlumat paylaşıb. 

7NEWS.az

RƏYLƏR