İngiltərə Qəzzada atəşkəs istəmədiyini açıqlayıb

OXUNUB: 304 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, Böyük Britaniya Baş Nazirliyinin sözçüsü Londonda xarici jurnalistlər üçün keçirdiyi mətbuat brifinqində sualları cavablandırıb. Sözçü Britaniyanın İsrailə dəstəyini təkrarlayaraq, Qəzzada atəşkəs elan edib-etməyəcəyi ilə bağlı sualları cavablandırıb. İsrailin özünü müdafiə etmək hüququ olduğunu bildirən sözçü: "Bu mövzuda mövqeyimiz dəyişmir, lakin biz əvvəldən deyirik ki, Britaniya vətəndaşları Qəzzanı tərk etməli, məhbuslar azad edilməli və humanitar yardımların daxil olmasına icazə verilməlidir"-dedi.

7NEWS.az

RƏYLƏR