7NEWS.az xəbər verir ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak bildirib ki, Böyük Britaniya Qara Dəniz Taxıl Dəhlizinin yenidən fəaliyyətə başlaması üçün Türkiyə ilə sıx əməkdaşlıq edir. Rusiya ötən ilin iyulunda başlayan Taxıl Dəhlizi Sazişindən öz ərzaq məhsullarının satışına maneələr aradan qaldırılmadığı üçün geri çəkildiyini açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyi saat 24:00-da razılaşmanın sona çatmasından sonra Qara dənizdə naviqasiya ilə bağlı verilən təhlükəsizlik zəmanətlərinin də etibarsız olacağını açıqlayıb.
7NEWS.az